
UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ" "Marsel"lə oyunda hesabı bərabərləşdirib - 1:1.
İbrahima Vaci fərqlənib. O, əllə topu rəqib qapısından keçirib. Daha sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov onu yanına çağıraraq qolu əllə vurub-vurmadığını soruşub. Vaci topa əllə toxunduğunu etiraf edincə, Qurbanov qolun ləğv edilməsini istəyib.