Prezident Baydenin Rusiyanın Ukraynaya qarşı səbəbsiz və əsassız hücümu ilə bağlı bəyanatı.
Bütün dünyanın duaları bu gecə Rusiya hərbi qüvvələrinin səbəbsiz və əsassız hücumuna məruz qalmış Ukrayna xalqı ilədir. Prezident Putin fəlakətli həyat itkisi və insan iztirabları gətirəcək əvvəlcədən düşünülmüş müharibə yolunu seçdi. Bu hücumun gətirəcəyi ölüm və dağıntılara görə yalnız Rusiya məsuliyyət daşıyır; ABŞ və onun müttəfiqləri və tərəfdaşları buna birləşmiş və qəti şəkildə cavab verəcəklər. Dünya Rusiyanı cavabdeh tutacaq. Mən bu axşam Ağ Evdən vəziyyəti izləyəcəm və milli təhlükəsizlik komandamdan müntəzəm olaraq yeniliklər almağa davam edəcəm. Sabah səhər mən G7 həmkarlarımla görüşərək Birləşmiş Ştatlar, bizim müttəfiqlərimiz və tərəfdaşlarımız tərəfindən Ukrayna və qlobal sülh və təhlükəsizlik əleyhinə bu lazımsız təcavüz aktına görə Rusiyaya qarşı tətbiq ediləcək növbəti tədibirləri Amerika xalqına müraciət edərək elan edəcəm. Biz həmçinin Alyansa qarşı istənilən təcavüzdən çəkindirən güclü, vahid cavabı təmin etmək üçün NATO müttəfiqlərimizlə əlaqələndirmə aparacayıq. Bu gecə Jill və mən Ukraynanın cəsur və qürurlu xalqı üçün dua edirik.
Xəbəri paylaş