
Gəncə şəhər Statistika İdarəsindən verilən məlumata görə, Ədliyyə Nazirliyinin şəhər qeydiyyat şöbələri tərəfindən 2021-ci il ərzində şəhərdə 1614 nikaha daxilolma və 752 boşanma halları qeydə alınmış, əhalinin hər 1000 nəfərinə 2020-ci ilə nisbətən nikahların sayı 2,6-dan 4,8-ə, boşanmaların sayı 1,8-dən 2,2-ə qədər artmışdır.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin açıqladığı statistik məlumata görə, 2021-ci ildə Gəncə-Daşkəsən iqtisadi bölgəsi boşanma səviyyəsi göstəricilərinin yüksək olduğu yerlərdən biri olub.