
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə öz "Twitter" səhifəsində yazıb.
"Doktor Zərif noyabrın 23-24-də region ölkə rəhbərləri ilə danışıq aparmaq məqsədilə Rusiya və Azərbaycana səfər edəcək".
S.Xətibzadə bildirib ki, Dağlıq Qarabağ və bölgədə baş verən proseslər .Zərifin Azərbaycan və Rusiya rəsmiləri ilə danışıqlar mövzusudur.