AFFA-nın təşkilatçılığı ilə Şamaxı şəhərində yerləşən məktəblərdə təhsil alan 11-12 yaşlı uşaqlar arasında keçirilən mini-futbol turnirinin qalibinin mükafatlandırılma mərasimində federasiyanın qalib komandaya təqdim etdiyi hədiyyələr müzakirələrə səbəb olub.
Hokm.az xəbər verir ki, AFFA birinci yerin sahibi olan komandaya kubok əvəzinə 1 rəqəmi olan helium şarı təqdim edib.
Kuboku əvəz edən şarı qalib komandaya Azərbaycan yığmasının sabiq üzvü, tanınmış futbolçu Vəli Qasımov verib.