
Bankın saytındakı məlumata görə, layihənin həyata keçirilməsi üçün kreditin ayrılması 2022-ci il fevralın 8-də təsdiq edilib.
Bank layihə çərçivəsində Gəncə şəhərində bərk məişət tullantılarının toplanması infrastrukturunun (tullantıların yığılması, küçə təmizlənməsi) yenilənməsinə və birliyin əməliyyat və maliyyə səmərəliliyinin artırılmasına dəstək verəcək.
AYİB-in qiymətləndirmələrinə görə, layihə xidmətlərin əhatə dairəsi və sağlamlıq, təhlükəsizlik və ətraf mühitin qorunması standartlarına riayət olunması baxımından tullantıların toplanması xidmətinin yaxşılaşdırılmasına imkan verəcək.
Layihənin ümumi dəyəri 10 milyon avro təşkil edir.
Borcalan qismində Maliyyə Nazirliyi çıxış edir, benefisiar isə “Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı” İstehsalat Birliyidir.