Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncədə vətən müharibəsi iştirakçısı İcra Hakimiyyətinin şöbə müdirini vurub? - AÇIQLAMA

Bu barədə Gəncə şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, "Əlillik dərəcəsinin təyin olunmaması ilə bağlı 21 fevral 2022-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatına müraciət edən, Vətən müharibəsi iştirakçısı Hüseynov Qiyas Sahib oğlu Gəncə şəhər İcra Hakimiyyətinin qəbul otağına gələrək ona əlilliyinin təyin edilməsinə köməklik göstərilməsini tələb edib. Ona istəyi ilə bağlı ətraflı izahat verilməsinə baxmayaraq Q.Hüseynov özünün və İcra Hakimiyyətinin əməkdaşlarının üzərinə benzin tökərək yandırmağa cəhd edib. İctimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərib”.
"Qiyas Hüseynov Gəncə şəhər İcra Hakimiyyəti əməkdaşlarının və polis işçilərinin yanında Gəncə Şəhər İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, eyni zamanda Vətən müharibəsi iştirakçısı olan Babayev Ayxan Cavanşir oğlunun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq, başı ilə onun üz nahiyəsinə zərbə vuraraq dövlət məmuruna xəsarət yetirmişdir".
Məsələyə hüquqi qiymət verilməsi məqsədi ilə şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də