Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı İkinci Qarabağ müharibəsində yaralanmış bir neçə hərbiçi ilə görüşüb FOTO

19.11.2020-ci il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış bir neçə hərbiçi ilə görüşüb. Rayon rəhbəri döyüş iştirakçılarını Qələbə münasibətilə təbrik edib və bildirib ki, zəfərin əldə olunmasında onların xidməti müstəsnadır. Xalqımız Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməklə və vahid birlik yaratmaqla öz tarixi qələbəsini qazanmışdır. Bu həmrəyliyin nəticəsidir ki, otuz illik həsrətə son qoyan əzəmətli Qələbə vətənimizin ərazi bütövlüyü ilə nəticələnmişdir.
Bildirilib ki, böyük çətinliklər hesabına ərsəyə gələn bu şanlı qələbənin dəyəri hər bir ölkə vətəndaşı üçün misilsizdir. Rayon rəhbəri şəhidlərimizin xatirəsinin qəlblərdə daim yaşayacağını bildirərək, onların ailələrinin daim qayğı ilə əhatə olunacağını qeyd etmişdir. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yaralıların tezliklə sağalıb həyata dönməsini arzu edərək, onların sağalması üçün bütün səylərin göstəriləcəyini diqqətə çatdırmışdır.




Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də