Gəncədə fəaliyyət göstərən dönərxanada yanğın olub. Hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. Orada yerləşən dönərxanada ətin qızardılması üçün nəzərdə tutulan aparat alışıb. Alov 20 kv.m-lik sahədə əşyalara və tikilinin konstruksiyasına ciddi ziyan vurub. Hadisə zamanı xəsarət alan olmayıb. Cəlb olunan FHN-nin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi yanğını söndürüblər.