Gəncə İş Adamları (GİA) Prezidentin çağırışına cavab verib.
Ağdama səfəri zamanı prezident İlham Əliyev iş adamlarına çağırış edərək onları işğaldan azad olunan ərazilərə sərmayə qoymağa çağırıb. GİA-nın sədri Zəfər Məmmədov, dövlət başçısının çıxışından sonra toplantı keçirən birlik üzvlərinin Qarabağın yenidən qurulmasında və dirçəlməsində hansı işləri görə biləcəklərini müzakirə etdiklərini bildirib. “Birlik Qarabağda yenidənqurma prosesində iştirak etmək istəyir”- deyə, Məmmədov qeyd edib.
Bunun üçün ilk öncə İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifəsini icra edən Elşad Nuriyev ilə onlayn görüş planlaşdırılır. Daha sonra müvafiq qurumlara müraciət edərək Ağdam və digər işğaldan azad olunan ərazilərə səfər ediləcək və yatırım imkanları ilə yerində tanış olacaqlar.
Xəbəri paylaş