Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Avstraliyada yaşayan azərbaycanlı alim yüksək etimada layiq görüldü

Azərbaycanlı alim Adil Bağırov Avstraliya Tədqiqatlar Şurasının (ARC) ekspertlər kollegiyasının üzvü təyin edilib.

Diasporpress.az xəbər verir ki, bu barədə ARC ekspertlər qrupunun 2022-ci il üçün açıqlanan tərkibinə dair məlumatda bildirilib.
Qeyd edək ki, ARC Avstraliya Birliyinin təşkilatı hesab olunur. Bu qurum tədqiqat məsələləri üzrə Avstraliya hökumətinə məsləhətlər verir, Müsabiqə Qrantları Milli Proqramını (NCGP) idarə edir və tədqiqatlar sahəsində nailiyyətlərin əldə olunması üçün cavabdehlik daşıyır.
Avstraliyanın Ballarat şəhərində yaşayan professor Adil Bağırov 1999-cu ildən Avstraliya Federasiya Universitetində (keçmiş Ballarat Universiteti) çalışır. Optimallaşdırma, qeyri-hamar analiz və digər müvafiq sahələr üzrə araşdırmalar aparır. Çoxlu sayda elmi əsərlərin və məqalələrin müəllifi, 7 beynəlxalq jurnalın redaksiya heyətinin üzvüdür.
7 yanvar 1960-cı ildə Biləsuvar rayonunda anadan olan soydaşımız Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsinin məzunudur. Avstraliyada yaşayana qədər Azərbaycan Milli Elmlər Akademiyası Təbii Sərvətlərin Kosmik Tədqiqatları İnstitutunda, Bakı Dövlət Universitetində, Moskvanın Dubna vilayətindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda çalışıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də