
"Bu etimadı mənə layiq görən nazir Anar Kərimova və Xidmətin rəisi Azad Cəfərliyə təşəkkürümü bildirirəm. Azərbaycanın hər daşına və hər vətəndaşına xidmət etməkdən qürur duyuram", - deyə o, təyinatı ilə bağlı bildirib.
Qeyd edək ki, N.Allahyarova bu təyinatadək Bakı Dövlət Universiteti, Vergilər Nazirliyi (Dövlət Vergi Xidməti), Prezident Yanında Dövlət İdarəçilik Akademiyası, Binəqədi Rayon İcra Hakimiyyəti, "BakuBus" MMC, Bakı Nəqliyyat Agentliyi, ATV, Space, Dövlət Avtomobil Nəqliyyatı Xidmətində müxtəlif vəzifələrdə çalışıb.