Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistanda prokurorlar qiyam edir






Ermənistanda bəzi prokurorlar son günlər başlayan cinayət işlərinin araşdırılmasında iştirakdan imtina edirlər.

“Report” xəbər verir ki, bunu “Qraparak” yazıb.

Məqalədə qeyd olunub ki, bəzi prokurorlar gec-tez həmin cinayət işlərinin siyasi təqib olacağının aşkarlanacağını başa düşürlər.

“Ermənistanın baş prokuroru Artur Davtyan özünə sədaqətli adamlardan ibarət qrup yaradıb. Qrupun tərkibinə baş prokurorun müavini Gevork Baqdasaryan, Kotaykın prokuroru Petros Petrosyan, Baş Prokurorluğun Hüquqi nəzarət bölməsinin rəisi Arsen Martirosyan daxildir. Onlar siyasi xarakterli işlərə baxmaqdan imtina edən prokurorların səlahiyyətlərini öz üzərinə götürəcəklər. Gevork Baqdasaryanın Ermənistanın baş naziri Nikol Paşinyana sui-qəsd hazırlanması ilə bağlı məhkəməyə təqdim olunan işin baxış prosesində iştirak etməsi buna sübutdur”, - qəzet bildirib.

Ermənistanda prokurorların siyasi motivli cinayət işlərini araşdırmaqdan imtina etməsi “qiyam” kimi dəyərləndirilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də