Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türk generaldan SƏRT XƏBƏRDARLIQ: O erməni postları DARMADAĞIN EDİLMƏLİDİR


“Ermənistan 44 günlük Vətən Müharibəsinin yekununda tarixdə bir dövlətin uğrayacağı ən böyük məğlubiyyəti yaşadı. Bu, Ermənistan üçün ən utancverici məğlubiyyət idi. Bu müharibədən sonra erməni xalqının və Ermənistan ordusunun döyüşmək əzmi, qətiyyəti sındı. Beləliklə, İrəvan 44 günlük müharibədə məğlubiyyətini qəbul edərək təslim olduğunu rəsmi şəkildə göstərən 10 noyabr üçtərəfli sazişini imzaladı. Üçtərəfli bəyanatdan 16-17 ay keçir. Bu müddət ərzində yeni status-kvo ilə barışa bilməyənlərin, onu qəbul etməyənlərin, qandan, şiddətdən, göz yaşından, Ermənistanın diasporadan, xaricdəki havadarlarından asılılığından qazanc və mənfəət əldə edənlərin qazanc yeri kəsildi. Əllərindəki “Qarabağ kartı”, əllərindəki “oyuncaq” fiaskoya uğradı, ortadan qaldırılıdı. Bundan başqa, Azərbaycan dövləti 2020-ci ilin 10 noyabr bəyanatının imzalanmasından sonra işğaldan azad edilmiş ərazilərdə inanılmaz işlər həyata keçirdi. Yenidənqurma və bərpa işləri sürətləndirildi. Yeni layihələrin icrasına başlanıldı. Kənd təsərrüfatı ərazilərinin 30 ildən sonra əkinə yararlı hala gətirilməsi, ağıllı evlərin inşası, işğaldan azad olunan ərazilərə səfərlərin təşkil olunması buna misal ola bilər. Azad edilən ərazilərdəki hər bir inkişaf hazırda Qarabağda yaşayan erməniləri, eləcə də Ermənistandakı bəzi erməniləri narahat edir”. 

Bunu Publika.az-a açıqlamasında Türkiyə Ordusunun ehtiyatda olan general-mayoru Yücel Karauz Ermənistan orudusunun Azərbaycanla cəbhə xəttindəki, Qarabağdakı ermənilərin isə rusiyalı sülhməramlıların məsuliyyət zonasındakı ərazilərdəki son təxribatlarından danışarkən deyib. Türkiyəli general bildirib ki, Azərbaycanın azad olunan ərazilərdəki apardığı sürətli yenidənqurma işləri onların rahatlıqlarını pozur:
“İşğaldan azad edilən ərazilərdəki sürətli yenidənqurma və inkişaf ermənilərin şüurlarında, beyinlərində Azərbaycanın əzizici gücünü hiss etmələrinə səbəb olub. Bunun nəticəsidir ki, keçmiş “Dağlıq Qarabağ” klanının rəhbərliyi altındakı qruplar atəşkəsi pozmaqdadırlar. Onlar bu təxribatlarla atəşkəs razılaşmasının sülh sazişinə çevrilməsini əngəlləməyə çalışırlar. Təxribatçılar Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşmasına, Qafqaza sülhün gəlməsinə, Azərbaycanla Türkiyənin və Rusiyanın koordiyanasiyalı şəkildə gerçəkləşdirdiyi bu istiqamətdəki addımlara kölgə salmaq istəyirlər. 3+3 formatına doğru gedən fəaliyyətlərin sürətli şəkildə irəliləməsi “Qarabağ klanı”nın tör-töküntülərini həm siyasi, həm də hərbi mənada narahat edir. Bunu həzm edə bilməyən təxribatçı “Qarabağ klanı” sülh istiqamətindəki proseslərə kölgə salmaq üçün əllərindən gələni etməyə çalışırlar. Təxribatlar törədirlər. İqtidar olmaqla müqtədir olmaq fərqli anlayışlardır. Baş nazir Nikol Paşinyan Ermənistanda iqtidarda olsa da, müqtədir deyil. Ölkəyə nəzarəti tam şəkildə əlində cəmləşdirə bilməyib. Onun sözü nə Ermənistan cəmiyyətində, nə orduda, nə də siyasi siferada ötür. Verdiyi qərarlara çox vaxt məhəl qoyulmur. Bunun nəticəsidir ki, Ermənistanda “Qarabağ kartı”ndan istifadə edə bilməyənlər, çörəyi kəsilənlər Azərbaycanı tələyə çəkmək, Azərbaycanı təcavüzkar kimi təqdim etmək üçün təxribatlara əl atırlar. Üstəlik, hazırda bütün dünyanın diqqəti Ukrayna və Rusiya arasında baş verənlərə yönəlib. Ona görə də təxribatçılar diqqəti Qarabağa, Ermənistanla Azərbaycan arasındakı tarixdə qalmış müharibəyə çəkmək istəyirlər. “Mədəd ummağa” çalışırlar”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də