Ötən gün Yevlaxda evi qəsdən yandıran şəxsin ev sahibinin qardaşı olduğu məlum olub.
DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Yevlax rayonunun Salahlı kəndi ərazisində Bakı şəhər sakini A.Nəsibovaya məxsus evdə baş vermiş yanğınla əlaqədar Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla hadisənin ev sahibəsinin qardaşı Aqil tərəfindən qəsdən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş A.Nəsibov saxlanılıb.
Araşdırma aparılır.
evlax rayonunun Salahlı kəndində yerləşən fərdi yaşayış evlərinin birində yanğın hadisəsi baş verməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, məlumatla əlaqədar Yevlax RPŞ-nin əməkdaşları hadisə yerində olub, yanğın olan əraziyə baxış keçirib. Fərdi yaşayış evinin qəsdən yandırılmasına dair şübhələr yarandığından polis əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində fərdi yaşayış evini qəsdən yandırmaqda şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum edilmiş Aqil Nəsibov saxlanılıb.
Hazırda faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb və A.Nəsibov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xəbəri paylaş