
Xatırladaq ki, bu görüntülərədn əvvəl Hurriyyet.az saytı da sözügedən mövzu haqda bir neçə yazı yazmış və ATU rektoru Akif Süleymanovun gənc və sağlam kadrla əvəzlənməsinin vacibliyini yetkili qurumların diqqətinə çatdırmışdıq. Buna baxmayaraq, rektor hələ də vəzifəsində saxlanılır və sanki kimlərsə onun bir növ “qucaqda” işə gedib-gəlməsinə şərait yaratmaqla, A.Süleymanova zülm verməkdən zövq alırlar.
Yeri gəlmişkən, məlum görüntülərdən sonra Azərbaycan Texnologiya Universitetinin mətbuat xidmətinin rəhbəri Xəyalə Məmmədova mediaya belə bir açıqlama vermişdi ki, rektor postuna təyinat və azad olunma Prezidentin səlahiyyətlərinə aid məsələdir: “Hazırda rektorun səhhətində ciddi problem yoxdur. Yayılan görüntülər bir müddət rektorun təzyiqlə bağlı problemlər yaşadığı vaxta təsadüf edir. İddia olunduğu kimi o, insult keçirməyib, təzyiqlə bağlı problemləri olub. Həkimlərin diaqnozlarında da rektorun xəstəliyi hipertoniya qeyd olunub.
Akif müəllim hazırda işinin başındadır. Ciddi bir problemi olsa, işinə davam edə bilməz. Hər gün işə gedib-gəlir, bu da onun səhhətinin işi idarə edə biləcək qaydada olmasından xəbər verir”.
Lakin Hurriyyet.az-ın bu günlərdə əldə etdiyi yeni görüntülər, Xəyalə xanımın iddiasının əskinə olaraq, rektor A.Süleymanovun sağlıq durumunun heç də qaydasında olmadığını ortaya qoyur. Hansı ki, rektorun işə gəlib-gedərkən çəkilən son görüntülərində onun hərəkət etmək imkanında olmadığı açıq şəkildə əks olunur. Buyurun, izləyin və özünüz qərar verin: