Bu icra başçıları vəzifələrini itirəcəklər
"Ərazi vahidləri ləğv olunursa, həmin ərazi vahidlərində fəaliyyət göstərən İcra hakimiyyətləri də ləğv olunur. Onlar Gəncə Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə keçəcək".
RegionTV.info xəbər verir ki, bunu Milli Məclisin Regional Məsələlər komitəsinin üzvü, deputat Kamran Bayramov Gəncənin Kəpəz və Nizami rayonlarının ləğv edilməsi ilə bağlı "Unikal"a açıqlamasında deyib.
Deputat bildirib ki, həmin rayonlar ərazi vahidləri kimi ləğv olunur:
"İcra hakimiyyətləri idarəetmə qurumlarıdır. Amma rayonların ləğvi isə ərazilərin dəyişdirilməsidir. Əvvəl inzibati ərazi bölgüsünə baxılır, ondan sonra orada fəaliyyət göstərən idarəçilik qurumları ilə bağlı qərar qəbul olunur. Qanunun qüvvəyə minməsindən sonra müvafiq fərman və sərəncamlar olacaq".
Qeyd edək ki, Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Nizami rayon İcra Hakimiyyətinin başçısı isə Nizami Hacıyevdir.