
Deputat bildirib ki, vətəndaşların buna ciddi ehtiyacı var, ona görə də qatarların fəliyyəti bərpa olunmalıdır.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deputatın bu barədə səsləndirdiyi təklifə münasibət bildirib.
Pandemiya dönəmində qatarların faəliyyətinin dayandırıldığını xatırladan Cavid Qurbanov bu məsələnin yaxın günlərdə həllini tapacağını deyib:
“Həm pandemiya, həm də bəzi texniki məsələlərə görə elektrik qatarlarının fəaliyyətinə ara verilmişdi. Vətəndaşlarımız tərəfindən də Dəmir Yollarına da çoxsaylı müraciətlər olub. Yəqin ki, yaxın zamanlarda Bakı-Gəncə elektrik qatarı istifadəyə veriləcək”.