Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda “patı” satanlar niyə bitmir? – “Müalicə qiymətləri 1500-5000 manat …”

Son illərdə narkomaniyanın əhatə dairəsi olduqca genişlənib.
Hətta vəziyyət o həddə çatıb ki, artıq təhsil müəssisələrində, tərbiyyə ocaqlarında da bu vasitələrin satışlarına rast gəlinir. DİN-in keçirdiyi əməliyyat tədbirləri isə saysız-hesbsızdır. Bəs, bu qədər əməliyyat tədbirləri aparıldığı halda patı və s. satanlar niyə azalmır? Görülən tədbirlər yetərli deyilmi? Məktəblərdəki bu acınacaqlı halların qarşısı necə alınmalıdır? Narkomaniya üzrə ekspert Emil Maqalov Medianews.az saytının suallarını cavablandıran zaman bildirib ki, narkomaniyanın qarşısını almaq üçün tədbirlərin formatları dəyişilməlidir. Onun sözlərinə görə, tələbələrə, şagirdlərə onların başa düşəcəyi dildə yanaşmaq lazımdır: “Bununla bağlı daha çox psixoloqlar işləməlidir. Lakin məktəblərdə işləyən psixoloqların bəziləri heç ixtisasca psixoloq deyil, bəzilərini isə sayan yoxdur. Bununla bağlı Təhsil Nazirliyi məsələni diqqətdə saxlamalıdır. Bəzi ailələr var ki, valideynlər günün çox hissəsini işdə olduqları üçün uşaqla məşğul ola bilmirlər. Həmin uşaqlar isə günün 5-6 saatını məktəbdə olur, müəllimlərlə təmasda, ünsiyyətdə olurlar. Bu zaman onların hansı işlərlə məşğul olduğunu aşkarlamaq daha asandır. Aşkarlandığı zaman isə psixoloqlara, aidiyyatı qurumlara yönləndirilməlidir. Həmin şəxs etiraf etdikdən sonra isə Narkodispanserlərə yatırılmalıdır. Bu məsələdə isə biraz problemlər var. Dəfələrlə müraciətlər etmişəm ki, bu Narkodispanserlərin sayı artırılmalıdır. Hətta mən də komandamla müəyyən köməkliklər göstərməyə hazıram”. Ekspertin sözlərinə görə, digər bir məsələ isə odur ki, bu şəxslər Narkodispanserdən çıxdıqdan sonra qalır boşluqda və cəmiyyət onların narkotik istifadəçisi olduğunu bildikləri üçün onları qəbul etmir. Bunun üçün də bu şəxsləri Reabilitasiya mərkəzlərinə yerləşdirmək lazımdır: “Onu deyə bilərəm ki, Azərbaycanda olan Reabilitasiya mərkəzləri tam normal işləyir və nəticə də verir. Sadəcə onların bir ayının qiyməti 1500-5000 manat arasındadır. Nəzərə alaq ki, bu şəxslər 3 aydan 6 aya qədər həmin Reabilitasiya mərkəzində yatmalıdırlar. Buna isə hər adamın imkanı çatmır. Bu səbəbdən də mütləq şəkildə Reabilitasiya mərkəzləri açılmalıdır. Çünki bu mərkəzlərdə olan insanları cəmiyyətə qaytarmaq olur. Orada onlara müəyyən bacarıqlar, sahələr öyrədilir. Onlar çıxdıqda isə əllərində sənət olur və onlar cəmiyyətə qazandırılır”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də