Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dostundan şikayət edən şəxsin meşədə meyiti tapıldı - Məktubu üzə çıxıb - VİDE

Astara sakini özünü asaraq intihar edib.Hadisə rayonun Taxtanəkəran kəndi ərazisindəki meşəlikdə baş verib. 1981-ci il təvəllüdlü Zaur Məhərrəm oğlu Sovqatovun meyiti kənd sakinləri tərəfindən aşkarlanıb.
Toradi kənd sakini Z.Sovqatovun üzərindən çıxan məktubda onu bu addıma vadar edən şəxslər barədə yazılıb.
Qeyd edək ki, Zaur Sovqatov bir neçə gün öncə aldadıldığını, onun adına bir neçə şirkət yaradıldığı və böyük məbləğdə vergi borcu yarandığı barədə hüquq-müfafizə orqanlarına və digər dövlət qurumlarına, eləcə də mətbuata müraciət edibmiş.
Astara rayonunun Toradi kənd sakini Zaur Sovqatov qeyd edib ki, 2018-ci ildə ünvanlı sosial yardım almaq üçün yaxın dostu, Bakının Binə qəsəbəsində yaşayan Rövşən Hüseynovdan kömək istəyib. Onun iddiasına görə, dostu Rövşən bildirib ki, ona səlahiyyətli nümayəndə qismində etibarnamə verilsə, bu işi həll edə bilər. Bildirdiyinə görə, etibarnamə verdikdən aylar sonra aldadıldığını anlayıb.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır. 
Xatırladaq ki, təxminən bir ay əvvəl "Xəzər Xəbər" Zaur Sovqatovun şikayətilə bağlı  xəbər hazırlamışdı.
Həmin videomaterialı təqdim edirik:


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də