
Britaniya nəşrlərinin məlumatına görə, hücum gecə saat 3-də baş verəcək.
Öz növbəsində “Mirror” nəşri də Amerika kəşfiyyat xidmətlərindəki mənbələrə istinadən bu barədə yazıb.
“Sun” həmçinin, ABŞ kəşfiyyatına istinadən gecə saat 3-ü “ən çox ehtimal olunan vaxt” kimi qeyd edir.
Peskov ukraynalıların bu gecə narahat olmalı, yoxsa rahat yata biləcəkləri ilə bağlı suala belə cavab verib: “Ən yaxşısı, zəngli saatlarını qursunlar və özləri görsünlər”.