Gəncənin Fərhad Əliyev küçəsində çirkab suları axır. Bu haqda
Gencexeber.az-a fevralın 7-si məlumat daxil olub.

Sözügedən hal Asan Xidmət mərkəzinin arxasında müşahidə edilir. Yolun dağılmış asfalt örtüyünün çökəklikləri kanalizasiya suları ilə dolub. Ətrafa pis qoxu yayılır.
Sakinlərin sözlərinə görə, bu hal illərdir davam edir. Onlar aidiyyəti qurumlara xəbər versələr də, məsələ öz həllini tapmayıb.