“Gəncə voleybolu tamamilə sönüb”, – bunu Apasport.az-a açıqlamasında “Gəncə” voleybol klubunun baş məşqçisi Rüstəm Ağayev deyib.
Ağayev sosial şəbəkə vasitəsilə yalvarış dolu paylaşım etmişdir. Mütəxəssis istedadlı qızların yeniyetmə yaşlarından bu idman növündən ayrıldığını söyləyib. Onun yerli qurumlara sponsorluq üçün müraciətlərindən bir nəticə çıxmayıb.
“İdmançılar küsürlər, heç birinə nə maddi, nə də mənəvi cəhətdən dəstək verilmir. Heç bir yarışa qatıla bilmirlər. Görürlər ki, voleybola fikir verən yoxdur, hərəsi bir yerə dağılır, digər sahələrə yönəlirlər”, – deyə məşqçi əlavə edib.
Gəncə voleybol yığmasının da rəhbəri olan Ağayev Azərbaycan Voleybol Federasiyasının baş katibi Fərid Xəlilovun onunla əlaqə saxladığını deyib. Ona bildirilib ki, Gəncə voleyboluna dəstək verməyə hazırdırlar.
Xəbəri paylaş