Söhbət Göygöl rayonun Xəqani kəndindən gedir. Sakinlər bu qışı da qazsız keçirmələrindən şikayətçidirlər. "Azəriqaz"dan isə deyilir ki, problem diqqətdə saxlanır.
450 ailənin yaşadığı kənddə qaz yoxdur. Qaz xəttinin keçdiyi Göygöl magistralından cəmi 9 - 10 m məsafədə yerləşən kəndə qaz çəkilmir.
Kəndin sakinləri deyirlər ki, halbuki hələ sovet dövründə kənddə mavi yanacaq olub.
Qışın oğlan çağında soyuqdan əziyyət çəkən sakinlərin tək istəyi isə problemin qısa zamanda həll edilməsidir.
RegionTV olaraq sözü gedən videonu mtəqdim edirik.
Xəbəri paylaş