Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xüsusi karantin rejimi ilə bağlı qərara dəyişiklik edildi

Azərbaycana daha bir neçə ölkə vətəndaşının uçuşuna icazə veriləcək.
Bununla bağlı Baş nazir Əli Əsədov Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.
Qərara əsasən, hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə veriləcək:
Albaniya Respublikası;
Dominikan Respublikası;
Filippin Respublikası;
Gürcüstan;
Hindistan;
İndoneziya;
İran İslam Respublikası;
Kolumbiya Respublikası;
Moldova Respublikası;
Özbəkistan Respublikası;
Pakistan İslam Respublikası;
Peru Respublikası;
Tacikistan Respublikası;
Tailand Krallığı;
Tunis Respublikası;
Türkmənistan Respublikası;
Venesuela Bolivar Respublikası

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də