
Baku TV əməkdaşları Ramiz Mehdiyevin həqiqətən də istefa verib-vermədiyin elə özündən soruşub.
Ramiz Mehdiyev bildirib ki, o, dünən istefasını ictimaiyyətə açıqlayıb.
“Prezidentə müraciət etmişəm, sərəncam gələnə qədər işimi başında olacam”, – deyə o qeyd edib.
Cəmiyyətdə onun haqqında səslənən fikirlərə də münasibət bildirən R.Mehdiyev qeyd edib ki, o, belə şeylərə fikir vermir:
"Bunların hamısı boş-boş söhbətlərdi".