Brakonyerlik edən Gəncə şəhər sakinləri saxlanılıblar
Tarix: 15-02-2022, 09:00Xəbərə baxış: 22135
Qanunsuz ov edən Gəncə şəhər sakinləri saxlanılıblar. Bu haqda Apa-ya istinadən xəbər veririk. Korçay Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən nəzarət tədbirləri keçirilib. Bu zaman ərazidə brakonyerlik edən İlkin Əsgərov və İsmayıl Abbasov tutulublar. Faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.