İki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ağır xəsarət alıb.
Xocalı rayon sakinləri olan Nazim Salahov, Kərəm Muradov, Əsli Muradova və Teymur Muradov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılardan Nazim Salahov xəstəxanada dünyasını dəyişib.
Göyçayda isə piyadanın ölümü ilə nəticələnən qəza baş verib. Yol-nəqliyyat hadisəsi şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu keçən piyadalar -38 yaşlı Türanə Nəsirova və onun 14 yaşlı oğlunu vurub. Yaralılar dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, yeniyetmə aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Türanə Nəsirovanın vəziyyəti isə ağır olaraq qalır.
Şəkidə isə 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün saat 16:00 radələrində rayonun Oraban kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bütün faktlarla bağlı araşdırmalar aparılır. Hadisələrin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.