Həkimlər üçüncü dozanı peyvəndin gücləndirici dozası hesab edirlər. Bu dozanı vurduran şəxs COVİD 19-a yoluxduqda daha yüngül keçirir və yaxud da koronavirisa yoluxma risqi az olur. Gəncədə üçüncü dozanın vurulmasına ötən ilin oktyabırından başlanılıb. İkinci dozanın vurulmasından 5 ay keçibsə vaksinasiya məntəqələrinə müraciət edərək buster doza vurdurmaq olar. Gəncədə 10 belə məntəqə yaradılıb. Gün ərzində şəhər üzrə 1132 nəfər peyvənd olunub ki, bunun da 1066-sı coronavac, 66-sı isə pfizerdir.Ümumilikdə indiyə kimi Gəncədə 339 min 732 nəfər vaksin olunub. Onlardan 7211-i astra zeneka, 318 min 703-ü coronavac, 13 min 818 pfizerə üstünlük verib.
Gəncədə vaksin olunanlardan 144 min 558 nəfər birinci doza, 147 min 377-si ikinci, 47 min 797 nəfər isə üçüncü doza üzrədir. Eləcə də şəhər sakinlərindən 20 minə yaxını dördüncü doza peyvəndi


