
Offsideplus.az "Takvim"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Madrid "Real"ının oyunçusu Dani Sebalyosu rənglərinə bağlamağa hazırlaşır. 25 yaşlı mərkəz yarımmüdafiəçisinin "kral klubu" ilə 2023-cü ilədək müqaviləsi var.
Bugünlərdə onun "Real"la yeni sözləşmə imzalayacağı da gözlənilir. "Beşiktaş" isə Sebalyosu icarə əsasında komandaya gətirmək istəyir.
Qeyd edək ki, ispaniyalı futbolçu 2017-ci ildən "Real"da çıxış edir.