
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin istifadəyə verdiyi Məşğulluq Alt Sistemində gənclər işğaldan azad edilən ərazilər üzrə boş vakansiyalar üzrə müraciət edə bilərlər.
Çalışmaq istəyənlər e-sosial.az portalına daxil olaraq iş axataran kimi qeydiyyata düşəcək.
Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Vüqar İmanov bildirib ki, əsasən tikinti sahələri üzrə boş iş yerləri kifayət qədər çoxdur: "Zəngilan, Füzuli və Cəbrayılda mühəndis və buna oxşar vəzifələr mövcuddur. Boş iş yerlərinə baxılma müddəti isə işə götürən tərəfindən 5 gün ərzində baxılmalıdır".
Qeyd edək ki, vakansiyalar barədə məlumat əldə etmək istəyən şəxslər əraziləri üzrə məşğulluq filiallarına və DOST mərkəzlərinə yaxınlaşa bilər.
Rus ordusu Ukrayna ilə sərhəddə tələyə düşdü: Tanklar batır - VİDEO