Azərbaycanda 3-3,5 bal gücündə zəlzələ olub.
RegionTV-nin məlumatına görə, yeraltı təkanlar Gəncə şəhərində qeydə alınıb.
Zəlzələ Gəncə ilə yanaşı, Qazax, Tovuz, Ağstafa, Şəmkir, Daşkəsən və digər şəhərlərdə, habelə Mərkəzi Aran rayonlarında da hiss olunub.
Həmçinin yeralı təkanlar Gürcüstanın paytaxt Tbilisidə də hiss olunub.
Zəlzələnin episentri və maqnitudası hələ bilinmir.
Xəbəri paylaş