Şəmkir rayonunda törədilən qətlin bəzi təfərrüatları məlum olub.
Bu gün səhər saatlarında rayonun Çinarlı qəsəbəsində 34 yaşlı Həsənov Elməddin Elimdar oğlu həyat yoldaşı, 27 yaşlı Həsənova Lalə Elman qızını və övladı, 8 yaşlı Qumru Elməddin qızı Həsənovanı bir neçə bıçaq zərbələri ilə qətlə yetirib.
Hadisə zamanı evdə onlarla birgə yaşayan və digər otaqda olan Elməddinin nənəsi, 1937-ci il təvəllüdlü Həsənova Qumru Həmid qızı da olub.
O, ailənin olduğu otağa keçmək istəyən zaman nəvəsinin əlində bıçaq görüb. Yaşlı qadın əsəbi nəvəsinin bıçaqla ona da xəsarət yetirməyə cəhd edəcəyindən qorxaraq evdən bayıra qaçıb, qonşuları köməyə çağırıb. Hadisəni törətməkdə şübhəli bilinən E.Həsənov daha sonra evdən qaçıb.
Əraziyə polis əməkdaşları cəlb olunub və aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən E. Həsənov saxlanılıb.
Onların öncələr heç bir ciddi problemlərinin olmadığı, sakit ailə olduğu bildirilir. Lakin E.Həsənov bir müddətdir ki, Gəncə şəhərində yerləşən poliklinikaların birində çalışan həkimin yanına gedib, əsəb xəstəliyindən müalicə alırmış.
Özü kənd ərazisində işçi kimi müxtəlif yerlərdə çalışıb, yoldaşı isə evdar qadın olub. Qızın valideyinləri kənd təsərrüfatı ilə məşğul olur, oğlanın atası isə qəsəbədə taksi sürücüsüdür. Öncələr ümumi ailələr arasında da hər hansısa bir münaqişə yaşanmadığı bildirilir.
Qeyd edək ki, faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Xəbəri paylaş