
Maraqlıdır, üçüncü doza vaksin vurdurmayan şəxslər "Bakı Metropoliteni"nə daxil ola, metronun imkanlarından yararlana biləcəklərmi?
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında onlara bu haqda heç bir məlumat verilmədiyini bildirib:
"Hazırda üçüncü doza vurdurmayan şəxslərlə bağlı "Bakı Metropoliteni"nə göstəriş gəlməyib. Pandemiya dövründə qərarlar Operativ Qərargah tərəfindən tənzimlənir. Operativ Qərargahın qərarlarını da "Bakı Metropoliteni" birmənalı şəkildə icra edir. Lakin hələ ki, bu barədə "Bakı Metropoliteni"nə nə şifahi nə yazılı məlumat verilməyib.