Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Azərişıq”dakı maliyyə pozuntuları: kimin əli, kimin işi…

2015-ci fevralında Prezident İlham Əliyevin sərəncamı ilə “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) adlandırılmışdı. “Azərişıq” ASC-nin əsas vəzifəsi isə ölkə vətəndaşlarını, istehsal və xidmət obyektlərini fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir. Eyni zamanda göstərilən xidmətin keyfiyyətini yüksəltmək, ölkənin elektrik şəbəkəsini dünya standartlarına uyğun yenidən qurmaq idi.
“Reportyor.info” xəbər verir ki, ötən iki ildə “Azərişiq” ASC-nin bu vəzifələrin öhdəsindən necə gəldiyini hər kəs aydın görür. Baxmayaraq ki, bu məqsədlə büdcədən kifayət qədər vəsait ayrılır, təəssüf ki, hələ də ölkənin enerji sektorunda köklü dəyişiklik baş verməyib.
Qurumun işinin lazımi səviyyədə təşkil olunmamasının səbəblərindən biri də korrupsiya və maliyyə maxinasiyalarıdır. Maraqlıdır ki, yeyintiləri üzə çıxaran əməkdaşlar isə heç bir əsaa gətirədən vəzifədən uzaqlaşdırılır. Məsələn, “Azərişıq”da audit yoxlaması apararaq ciddi maliyyə pozuntularını üzə çıxaran Ənnağı Cənnətov bu hesabatını rəhbərliyə təqdim etdikdən sonra “Azərişıq” Audit Komitəsinin Sədri vəzifədən alınıb.
Maraqlıdır ki, bunun ardınca Azərişıq” ASC “KPMG Audit Azərbaycan” MMC ilə satınlama müqaviləsi imzalayıb. Ə. Cənnətovun vəzifədən alınmasının səbəbləri və gizli məqamları haqda növbəti yazımızda geniş bəhs edəcəyik. Hələlik isə bir məqama diqqət yetirək ki, aparılan araşdırmalar zamanı Azərişıq”la “Azərenerji” rəhbəri Balababa Rzayev arasında “gizli” icarə müqavilələrinin olduğu, Baba Rzayevin əvvəllər sədr olduğu qurumdan hər ay küllü miqdarda arenda xərcləri aldığı üzə çıxıb.
Baba müəllim illər əvvəl öz yaxınlarının adına aldığı mülkləri sözügedən qurumun Bakı şəhəri üzrə bir sıra rayonlarının Enerji Təchizatı və Satışı İdarələrinin ixtiyarına verərək sədri vəzifəsini icra etdiyi dönəmdən bəri “Azərişıq”ın rəsmi icarə müqavilələri əsasında küllü miqdarda qazancına özü sahib olub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də