Gəncədə sakin köməksiz qalıb. Bu haqda 10 fevral tarixində Fövqəladə Hallar Nazirliyi məlumat paylaşıb.
Hadisə Nizami rayonunda qeydə alınıb. Bir nəfərin bağlı qapı arxasında qalması haqda müraciət daxil olub. Əraziyə FHN-nin xilasediciləri cəlb olunub. Onlar evin giriş qapısını qırıblar. İçəridə 53 yaşlı Ceyhun Əliyevin meyiti aşkarlanıb. Cəsəd aidiyyəti üzrə təhvil verilib.
Xəbəri paylaş