
AFFA “Qoşqar” futbol klubunu cəzalandırıb
AFFA Gəncə təmsilçisini cəzalandırıb. Bu haqda 10 fevral tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.
Gəncənin “Qoşqar” futbol klubu Yevlaxın “Karvan” komandası ilə qarşılaşıb. Matç zamanı Gəncəlilər hakimin penalti təyin etməsinə etiraz ediblər. Onlar meydanı tərk edərək qarşılaşmanı başa çatdırmayıblar. AFFA-nın İntizam Komitəsi bu səbəbdən təmsilçimizi 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırıb.
