Gəncədə piyadaların təhlükəsiz hərəkəti təmin edilməyən daha bir avtomobil yolu kəsişməsi var. Bu haqda Gencexeber.az-a fevralın 10-u məlumat daxil olub.
Sözügedən məsələ şəhərin Bəxtiyar Əliyev küçəsi ilə Nəriman Nərimanov prospektinin kəsişməsində müşahidə edilir. Avtomobillərin hərəkət intensivliyi yüksək olan ərazidə piyadalar yolu pərakəndə şəkildə keçməyə məcbur olurlar. Yola piyada zolaqları çəkilməyib.
Xatırladaq ki, “Mega Store”un qarşısında qoşa xətt və piyada zolaqlarının silinməsi haqda xəbər vermişdik.
Xəbəri paylaş