
Əsgər Bayramov və Tünzalə Əliyevaya Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda, rəsmi sənədləri qanunsuz hazırlama və satma və bilə-bilə saxta sənədlərdən istifadə etmə maddələri ilə ittiham olunmuşdular.
“ƏSR” və “Arkan Tour” MMC-nin rəhbərliyi barəsində cinayət işi 11 iyun tarixində başlanılıb. Onlar, Gəncədən Sankt Peterburqa uçmaq üçün 101 sərnişinə saxta COVID-19 test nəticələrini ümumilikdə 12.120 manat müqabilində hazırlamaqda şübhəli bilinirdilər. Saxta sənədləri “Oxygen” və “Leyla Medical Center” klinikalarının adından tərtib etmişdilər.
Saxta COVID-19 testinin nəticəsi verilməsi halları ilə üzləşdikdə “961” nömrəli “Çağrı Mərkəzi” və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161” nömrəli “Qaynar xətt” əlaqə mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.