Ukraynanın Rusiya ilə problemlər yaşandığı Donbas bölgəsində hərbi qulluqda olan və bir gecədə 3 rusu öldürməsi ilə tanınan "Ölümcül qadın" ləqəbli 42 yaşlı Olena Bilozerska mümkün bir müharibə vəziyyətində tərəddüd etmədən eyni addımı atacağını bildirib.
Bu barədə RegionTv.info Ukrayna mediasına istinadən xəbər verir ki, Bilozerska Rusiya prezidenti Vladimir Putinə də meydan oxuyub.
"Ölümcül qadın" bildirib ki, Putin işğal əmri verərsə, bütün rus əsgərlərini tərəddüd etmədən bir-bir vuracaq.
Qeyd edək ki, Rusiya və Ukraynanın müharibə astanasında olduğu Donbas bölgəsində gərginlik davam edir. Türkiyə kimi vasitəçi ölkələrin gərginliyi aşağı səviyyədə saxlamağa çalışdığı bölgədə, müharibənin sürpriz olmadığına dair məlumatlarda dolaşır.
Xəbəri paylaş