Gəncənin inzibati rayonları ləğv olunur. Bu haqda 10 fevral tarixində Apa-ya istinadən məlumat veririk.
“Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” yeni qanun layihəsi hazırlanıb. O, 11 fevral tarixində Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə olunacaq.
Layihədə Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələrinin Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsi əks olunub. İnzibati rayon olaraq ləğv olunsalar da, onların ərazisində Nizami və Kəpəz bələdiyyələri fəaliyyət göstərəcək.
Xəbəri paylaş