Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda pensiyalarla bağlı yeni QƏRAR

Azərbaycanda 2022-ci il üzrə pensiya kapitalının minimum məbləği artıb.
Yanvar ayının 1-dən minimum pensiya kapitalı 34 560 manat təşkil edir.

Bundan əvvəl həmin məbləğ 28 800 manat idi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, pensiya yaşına çatmış şəxs pensiya hüququna maik olması üçün ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya kapitalına, bu olmadıqda azı 25 il sığorta stajına malik olmalıdır: "Əmək pensiyasının minimum məbləğindən (hazırda 240 manatdır) az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı həmin məbləğin 144-ə vurulması ilə müəyyən olunur. Əgər həmin qədər pensiya kapitalı yoxdursa, o zaman azı 25 il sığorta stajı olsa yenə pensiya təyin olunur.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də