Naxçıvan MR Daxili İşlər naziri vəzifəsini icra edən, polis polkovniki Rəşad İsmayılovun müvafiq əmri ilə Naxçıvan MR Culfa Rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Şərif Hüseynəliyev tutduğu vəzifəsindən azad olunub.
Şərif Hüseynəliyevin səlahiyyətləri hazırda polis şöbəsinin rəis müavini, polis mayoru Elməddin Zeynalova həvalə olunub.
(manset.az)