Gəncənin Məhəmməd Hadi adına 10 saylı tam orta məktəbində mediatur keçirilib. Tədbirdə qurumun müdiri Anar Qədiməliyev, millət vəkili Müşfiq Cəfərov, GŞTİ-nin əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Mediatur zamanı tədrisin təşkili və şagirdlər üçün məktəbdə yaradılan şərait nümayiş edilib.
Qeyd edək ki, sözügedən təhsil ocağının binası yenidən inşa olunub.


