Gəncədə sahibkarlıqla bağlı təlim keçirilib. Bu haqda 4 fevral tarixində Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

Seminar Mərkəzləşdirilmiş kitabxana sistemində fəaliyyət göstərən Gəncə Amerika Mərkəzində baş tutub. Təlimdə “BUTA Art & Sweets” və “Sosial Biznes Gənclər Mərkəzi”-nin təsisçisi Sara Rəcəbli çıxış edib. Tədbir sosial sahibkarlıqla bağlı keçirilib.
Təlimin sonunda iştirakçılarla xatirə şəkli çəkdirilib.
RegionTV.info