Goranboy rayon İcra Hakimiyyətində İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə, müşavirə keçirildi.

Rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərancamı əsasında, rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini vəzifəsinə təyin edilən Nazarov Seymur Fazil oğlu RİH Başçısının Aparatına təqdim edildi.

İcra Başçısı, Seymur Nazarova yeni vəzifə səlahiyyətlərinin icrası ilə bağlı müvafiq tapşırıq və tövsiyyələrini bildirdi.Bildiririk ki, Seymur Nazarov bu təyinatdan öncə rayon Təhsil şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
