Lakin müxtəlif səbəblərə görə insanın damarlarında şlaklar, artıq xolesterin yığıla bilər ki, bunun nəticəsində damarlar daralır, öz elastikliyini itirir. Bu pozulma "ateroskleroz" adlandırılır. Ateroskleroz müxtəlif orqanların qanla təchizatını pozur ki, bunun nəticəsində müxtəlif orqan və sistemlər onların normal fəaliyyəti üçün lazım olan oksigen və qida almır və onlarda müxtəlif pozulmalar inkişaf edir. Ən ağır belə pozulmaların arasında infarkt və insult kimi pozulmaları qeyd etmək olar.
Damarları daim sağlam saxlamaq istəyirsinizsə, düzgün və xeyirli qidalanın, ziyanlı vərdişlərdən imtina edin, hərəkətli olun, daim bədən tərbiyyəsi və idmanla məşğul olun.
Bəzi xalq təbabəti vasitələri damarların vəziyyətinin yaxşılaşmasına, damarların təmizlənməsinə kömək edir.
İnqrediyentlər:
1 fincan zəncəfil şirəsi
1 fincan alma sirkəsi
1 stəkan soğan şirəsi
1 stəkan limon şirəsi
İnqrediyentlər bir porsiya üçün göstərilmişdir
Hazırlanma qaydası:
Bütün ərzaqları bir qazana tökün, vam odda 30 dəqiqə bişirin. Soyumasını gözləyin, sonra üzərinə 3 stəkan bal əlavə edib, yaxşıca qarışdırın, şüşə qablara yığın.
İstifadəsi:
Siz hər səhər ac qarnına bu dərmandan qəbul etməlisiniz. Mütəmadi tətbiqi qan damarlarını təmizləyəcək, ürək-damar problemlərinin qarşısını alacaq və ümumi sağlamlıq vəziyyətini dəstəkləyəcək.