Bərdə rayonunda (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə kompleks tədbirlər görülməsinin davam etdirilməsi üçün rayon İcra hakimiyyətində 18 noyabr tarixində Operativ Qərərgahın növbəti iclası keçirilmişdir. İclasda Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev İdarə, müəssisə, təşkilatlarda, xidmət obyektlərində, sərnişin nəqliyyatında ən çox təmasda olunan yerlərin, ictimai iaşə obyektlərində, Bankomatlar və “Milli ÖN” ödəmə vasitələrinin yerləşdiyi yerlərdə vaxtaşırı hər bir istifadədən sonra təmasda olan hissələrin antibakterial vasitələrlə dezinfeksiya edilməsi, sosial məsafənin gözlənilməsi, tibbi maskadan və digər dezinfeksiya edici materiallardan istifadə qaydalarına ciddi əməl olunması, rayon ərazisində monitorinqlərin daha ciddi davam etdirilməsini tapşırılmışdır. Bunlarla birlikdə xəstələrin izolyasiyası məsələlərinin daima diqqətdə saxlanılmasına diqqət çəkilmiş, evdə müalicə olunan xəstələrin evlərini tərk etməmələri, onların digər şəxslərlə əlaqələrinin kəsilməsi üçün lazımi tədbirlərin davam etdirilməsi qarşıya vəzifə kimi qoyulmuşdur. Bu istiqamətdə təbliğat və təşviqat işlərinin gücləndirilməsi barədə aidiyyatı şəxslərə tapşırıqlar verilmişdir.
Bərdə rayonunda COVİD 19 pandemiyası ilə bağlı mübarizə tədbirləri davam etdirilir