Xəbər verdiyimiz kimi, Rusiyada fəaliyyət göstərən azərbaycanlı repçi Navainin (Nəvai Bəkirov) Bakının ünvanına nalayiq ifadə işlətdiyi videosu yayılıb.
RegionTV.info Axşam.az-a istinadən xəbər verir ki, tənqidlərə səbəb olan görüntülərə münasibət bildirənlərdən biri Əməkdar artist Xəyyam Nisanov olub.
O, Navainin videosunu paylaşaraq, reperin Azərbaycana girişinə qadağa qoyulmasını istəyib:
"Bu, artıq mənim əsəblərimdən üstün oldu, ona görə də yazmağa vadar etdi! Ay vətən xaini! Bizim analarımızı, bacılarımızı, xanımlarımızı, ölkəni bu cür adlandırıb, bunu bütün dünyaya paylaşıb, sonra üzr istəmək - bu bəs edir ki?! Xeyr, etmir... Bunu ilk olaraq bir vətəndaş kimi şəxsən özümə təhqir qəbul edirəm. Sənin kimi xainlər cavab verməlidir. Ona görə də bizim dövlət başçısından rica edirəm ki, bu kimi xainlərin ölkəmizə girişinə məhdudiyyət qoyulsun. Əminəm ki, bütün xalqımız bu fikrə dəstək olacaq".
Xəbəri paylaş