Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

FTB Azərbaycanın adı hallanan təhqiqatla bağlı konqresmenin evinə basqın edib

Birləşmiş Ştatların Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-ın bir neçə iş adamı ilə Azərbaycan arasındakı münasibətlərə dair aparılan federal təhqiqat çərçivəsində konqresmen Henri Kuelların Texasdakı evinə və seçki qərargahına basqın edib.
 “ABC News”un məlumatına görə, FTB axtarışların “davam edən təhqiqat”la bağlı olduğunu bildirsə də, açıqlanmayan mənbə yoxlamaların Azərbaycanla bağlı mümkün cinayətlər üzrə federal böyük jüri araşdırması olduğunu qeyd edib.
 “Dailymail” yazır ki, Azərbaycan keçmişdə xarici siyasət məqsədlərini təmin etmək və şübhəli seçki nəticələrini qanuniləşdirmək üçün xarici rəsmilərə və diplomatlara rüşvət verdiyinə görə sərt şəkildə tənqid edilib. Rüşvət təcrübəsi ölkədə o qədər geniş yayılıb ki, orada “kürü diplomatiyası” kimi tanınır. Lakin FTB-nin Kuellar ilə bağlı oxşar iddiaları araşdırıb-araşdırmaması bəlli deyil.
Kuelların ofisi aparılan təhqiqatların Azərbaycanla bağlantısı ilə əlaqəli olub-olmadığına cavab verməsə də, konqresmenin istənilən istintaqda FTB ilə tam əməkdaşlıq edəcəyini bildirib.
Henri Kuellar kimdir:
  • ABŞ-Meksika sərhədi boyunca Texasın 28-ci Konqres Dairəsini təmsil edir;
  • 2005-ci ildən Konqresdədir;
  • Son illərdə Konqresin Azərbaycan Qrupunun həmsədri vəzifəsində çalışıb. Dəfələrlə Azərbaycan rəsmiləri, o cümlədən Azərbaycanın ABŞ-dakı keçmiş səfiri Elin Süleymanovla görüşüb.

Qeyd: Təhqiqatda Azərbaycanın adı hallansa da araşdırmanın detalları tam açıqlanmayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də